Bu ilin yanvar-avqust aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 27 109,8 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artım müşahidə olunub.
Azərbaycanın 8 ay üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 53,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 14 589,9 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,4%-lik artım). (Apa)