FED.az xəbər verir ki, "Rusiya heç kimə pulsuz qaz verməyəcək", - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə müsahibəsində Finlandiyanın "Gasum" şirkətinin rublla ödəniş tələbinə əməl etməyəcəyi və yaxın günlərdə qazın nəqlinin dayandırılmasını gözlədiyi barədə bəyanatını şərh edərkən bildirib.
Eləcə də bax: Azərbaycan Bolqarıstana da - Qaz Satmağa Başlayır
"Qazprom-un müqavilə bağladığı bütün şirkətlər haqqında məlumatımız yoxdur. Bu, bizim səlahiyyətimiz deyil, təfərrüatları "Qazprom"dan soruşmaq lazımdır. Mən bunu deyə bilərəm ki, Rusiya heç kimə pulsuz heç nə verməyəcək", - Peskov deyib.
XXX
Finlandiyanın "Gasum" dövlət qaz şirkəti mayın 21-də ölkəyə Rusiya qazının nəqlinin dayandırılacağını açıqlayıb. (Marja)