Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ilin yanvar-fevral aylarında 129,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf tviter səhifəsində yazıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108 % çoxdur.
"Ölkə üzrə qeyri-neft ixracının 28 %-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 %-i SOCAR-ın payına düşüb", - R. Nəcəf bildirib. (Report)