"Qərbin Rusiya neftinə qiymət tavanının tətbiqi heç bir effekt verməyəcək, bazar iştirakçıları nəzarətdən çıxış yolu tapacaqlar".
Rusiya nefti üçün qiymət həddi qüvvəyə minir - Azərbaycan üçün gözləntilər
FED.az xəbər verir ki, bunu məşhur amerikalı investor Cim Rocers bildirib.
Rocers dünyanın ən məşhur investorlarından biridir, milyarder Corc Soros ilə birlikdə yaratdığı Quantum investisiya fondunun həmtəsisçisidir. Rocers investisiya mövzusunda bir sıra kitabların müəllifidir. Rogers Beynəlxalq Əmtəə İndeksi (RICI) onun adını daşıyır.
"Qısa müddətdə insanlar qiymət məhdudiyyətindən yayınmağın bir yolunu tapacaqlar", - o deyib.
İnvestorun vurğulayıb ki, uzunmüddətli perspektivdə Rusiya neftinin qiymətinin yuxarı həddi “faktiki olaraq heç bir təsir göstərməyəcək”.
Rogers deyir ki, investisiya yatırmaq və bazarları öyrənməklə bağlı çoxillik təcrübəsi göstərir ki, qiymətlərə nəzarət və digər süni məhdudiyyətlər adətən işləmir, çünki “kimsə həmişə başqa yol tapır”.
"Beləliklə, mən bu xüsusi hərəkətə şübhə ilə yanaşıram",- Rogers əlavə edib.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı Rusiya neftunə maksimum 60 dollar/barel qiymət limiti tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı "tavanı" qəbul etməyəcək. (Marja)