Rusiyanın "Qazprom" şirkəti dost olmayan dövlətlərə qazın nəqlinin tam dayandırılması imkanını nəzərdən keçirir və belə bir addımın nəticələrini dəyərləndirir.
FED.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti mənbələrinə istinadən yazır.
Eləcə də bax: Avropa ölkəsi Rusiya qazını - RUBLLA ALDI
Martın 23-də Rusiya Prezidenti Vladimir Putin dost olmayan dövlətlərə qazı rubla satacağını bəyan edib.
G7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) Rusiyanın milli valyutası ilə "mavi yanacağın" tədarükü üçün ödənişdən imtina edib və Rusiya Federasiyasının bu qərarını müqavilələrin birtərəfli qaydada pozulması hesab edir. (Apa)