Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası "Qazprom Ermənistan" QSC-nin (Rusiyanın "Qazprom" ASC-nin törəmə şirkəti) 2026-2030-cu illər üçün investisiya proqramını təsdiqləyib.
FED.az xəbər verir ki, bu dövrdə investisiyalar təxminən 150,35 milyard dram (təxminən 394 milyon dollar) təşkil edəcək.
İnvestisiya proqramının əsas istiqamətlərinə Abovyan yeraltı qaz anbarı stansiyasının genişləndirilməsi; qaz nəqli sisteminin genişləndirilməsi, bərpası və yenidən qurulması; yeni abonentlərin qoşulması; İrəvanın qaz təchizatı sistemində yeni tutumların təmin edilməsi daxildir. (Report)










