Qazaxıstanın "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Alibek Jamauov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabadda keçirilən görüşdə təbii qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
SOCAR şirkəti Özbəkistanda milyonluq layihələrə başlayır – SİYAHI, ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüş Aşqabadda "Türkmənistan - Çin Xalq Respublikası: qaz sənayesində 20 illik strateji əməkdaşlıq" adlı elmi-praktiki konfrans çərçivəsində baş tutub.
Tədbir çərçivəsində A.Jamauov "Türkmənqaz" dövlət konserninin sədri Maksat Babayev və CNPC-nin Direktorlar Şurasının sədri Day Houlyanla da danışıqlar aparıb.
"Görüşlər zamanı tərəflər qaz sənayesində əməkdaşlığın cari vəziyyətini və perspektivlərini, o cümlədən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, "QazaqGaz" beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirərək enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfə verir. (Report)













