Macarıstanın qonşusu Ukraynada müharibə davam edir.
FED.az xəbr verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Viktor Orban deyib ki, Avropa İttifaqı müharibəni dəstəkləmək yolu seçib: “Avropa İttifaqının iqtisadiyyatı, gəmisi bu gün kompas olmadan hərəkət edir. Biz bu gün təbii qaza 3-4 dəfə çox pul ödəyirik. Bizim uğurumuz odur ki, Rusiya ilə enerji sahəsində münasibətləri qoruduq. Lakin Ukrayna bizə qarşı məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlər olmasaydı, enerji təhlükəsizliyimizi təmin etmək çətin olardı. Etibarlı tərəfdaşın dəyəri belə ölçülür. Türk dövlətləri olmasaydı, Macarıstan qaza 3-4 dəfə çox pul ödəyərdi. Prezident İlham Əliyev bizi əmin edib ki, Macarıstan gələcəkdə də qazla təmin olunacaq”. (Apa)