"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsi cari il üçün qlobal neft bazarında tələb və təklif arasında yer alacaq kəsir üzrə proqnozunu yüksəldib.
FED.az xəbər verir ki, bu barədə TASS komitənin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu il təklif üzrə gündəlik kəsirin 1,2 mln. barel olacağı gözlənilir. Öncəki proqnoza görə, bu göstərici 0,8 mln. barel səviyyəsində olacağı ehtimal edilirdi.
Proqnoza əsasən, bu il gündəlik qlobal tələbat 96,5 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,1 mln. barel çoxdur. (Apa)