Enerji keçidi artıq trend deyil, iri neft və qaz şirkətləri üçün vacib bir istiqamətdir.
“Nobel Energy”: "Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır"
FED.az xəbər verir ki, bunu "Nobel Energy" şirkətinin Bərpa olunan enerji layihələri üzrə direktoru Can Aslan “NEQSOL Holding”in təşkil etdiyi tədbirdə bildirib.
O qeyd edib ki, “Nobel Energy” qaz infrastrukturunda əsas tərəfdaş kimi fəaliyyət göstərir və bu sahənin özəl sektorda inkişafına dəstək verir. “Şirkət yalnız enerjinin əlçatan olmasını təmin etməklə kifayətlənmir, həm də “yaşıl enerji” layihələrinə böyük önəm verir".
C. Aslan əlavə edib ki, “Nobel Energy” “yaşıl keçid”in qabaqcılı olaraq həm Azərbaycanda, həm də dünyada ekoloji təmiz enerjiyə keçidi dəstəkləyir. (Report)