Energetika naziri Pərviz Şahbazov “Neqsol Holding” şirkətinin baş icraçı direktoru Yusif Cabbarov və “Nobel Oil” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli ilə görüşüb.
FED.az xəbər verir ki, “Görüşdə Azərbaycanda, xüsusi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji layihələrində iştirakla bağlı maraq ifadə edilib”, - Energetika Nazirliyinin məlumatında qeyd olunur.
Bundan başqa, tərəflər energetika sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.