Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Ceyhan limanından İsrailə neft daşınması ilə bağlı iddiaların “tamamilə əsassız” olduğunu bəyan edib.
BTC ilə Türkiyə ərazisi ilə nəql olunan neftin həcmi açıqlanıb
FED.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəmərindən (BTC) neft satışı prosesi ilə bağlı aşağıdakılar qeyd olunub:
"Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri Türkiyə, Azərbaycan və Gürcüstan arasında 18 noyabr 1999-cu ildə imzalanmış beynəlxalq müqaviləyə və onun əlavəsini təşkil edən Ev sahibi Hökumət Sazişlərinə uyğun olaraq istismar edilir. Kəmərin Türkiyə hissəsinin istismarı "BOTAŞ International AŞ" tərəfindən həyata keçirilir. BTC partnyorları ilə imzalanmış Əməliyyat Sazişində deyilir ki, "müqavilələr çərçivəsində xətti idarə edən "BOTAŞ International AŞ"nin neftin alqı-satqısında heç bir iştirakı və ya sərəncamı yoxdur."
“Neftin Ceyhandan İsrailə daşınması və Türkiyənin buna icazə verməsi ilə bağlı iddialar tamamilə əsassızdır”, - deyilən açıqlamada qeyd olunub ki, nefti BTC vasitəsilə nəql edən və onu Heydər Əliyev Limanından dünya bazarlarına satan şirkətlər Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarına hörmətlə yanaşıblar və çatdırılma (təhvil) məntəqəsi kimi İsraillə heç bir yük daşınmayıb. (Marja)