Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 110 152 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,18% azdır.
Bu barədə FED.az Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 113 774 min barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir (Apa).