Orta Asiyadan neft və qazın Avropaya daşınmasının ən qısa yolu Zəngəzur dəhlizinin üzərindən olacaq.
“Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”
FED.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev qurumun URTA Baş Assambleyasının Bakıda keçirilən 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəhliz müxtəlif daşımaları birləşdirə bilər.
"Hazırda dünyanın əsas nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan önəmli dövlətə çevrilib", - deyə o əlavə edib. (Report)