Neft və qaza olan qlobal tələbatın bərpası 2022-ci ildə davam edəcək və ilin sonu üçün COVID-19 pandemiyasından əvvəlki göstəriciləri ötəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi bildirir.
Proqnozda qeyd olunur ki, bununla belə, yanacağa olan nisbətən yüksək tələbat hazırda yavaş-yavaş formalaşan dekarbonizasiya səylərinə manelər yaradır.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesablamalarına əsasən, 2019-cu ildə neftə olan ortalama gündəlik qlobal tələbat 99,97 mln. barel, 2020-ci ildə isə 90,98 mln. barel təşkil edib.
OPEC-ın 2021-ci və 2022-ci illər üçün verilən proqnozlara əsasən, sözügedən göstərici müvafiq olaraq 96,63 mln. barel və 100,79 mln. barel səviyyəsində olacaq.