Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti 2025-ci il üçün 1 GVt gücündə günəş fotovoltaik layihəsini həyata keçirməyi planlaşdırır.
FED.az xəbər verir ki, bunu "Masdar"ın ölkə üzrə meneceri Murad Sadıxov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarı zamanı deyib.
"Bundan əlavə, Masdar 2033-cü ilə qədər 1 GW quru küləyi, 2 GW dəniz küləyi və yaşıl hidrogen layihəsini və 2037-ci ilə qədər günəş, quru və dənizdə külək enerjisi sahəsində imkanları daha da genişləndirilməsini həyata keçirməyi planlaşdırır. (Apa)