"LUKOYL-Azərbaycan"dan FED.az-a verilən məlumata görə, "LUKOYL-Azərbaycan" QSC-nın obyektləri üçün A-80 və A-57 markalı kassa lentlərinin təchizatı üçün iki etaplı açıq tenderdə iştirak etməyə dəvət edir:
Keçiriləcək tender haqqında ümumi məlumat:
Sifarişçi: "LUКОYL-Azərbaycan" QSC; ünvan: Səbail rayonu, Z.Tağıyev küç. 13. Tender üzrə əlaqəli şəxs L.S.Mikayılova ,əlaqə telefonu: (012) 497-41-38, E-mail: [email protected].
Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin,verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, Sizin ünvana göndəriləcək.
Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 11 fevral 2022-cı il saat 18:00 dək.
Tender təklifləri 28 fevral 2022–ci il saat 18:00 dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.
Tender 01 mart 2022–ci il saat 11.00 tarixində keçiriləcək.
Qeydə alınmış namizədlərin , tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.
Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir
Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkani,zəruri sənədlər toplusu olmalıdır.
Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.
Tender təklifləri azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.
Tenderin qalibi ilə, tender başa çatdıqdan sonra, 20 təqvim günü ərzində müqavilə bağlanacaqdı
Tenderin qalibi, sifarişçinin tələbilə malı Bakı ş.,Xətai r-nu,Ş.Mirzəyev 13 ünvanına çatdırmalıdır.
Tenderdə iştirak üçün ”ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsi ilə almaq olar.