2021-ci ilin birinci yarısının nəticələri üzrə, beynəlxalq maliyyə hesabatlarının standartlarına (IFRS) uyğun olaraq, Lukoil, bir il əvvəlki 64.7 milyard rubl zərərə qarşı 347.2 milyard rubl məbləğində xalis mənfəət əldə edib.
Eləcə də bax: "JP Morgan" Azərbaycanda xam neft hasilatı üzrə proqnozları - Açıqlayıb
FED.az xəbər verir ki, hesabat dövründə "Lukoil"un gəliri 1,53 dəfə artaraq 4,078 trilyon rubl təşkil edib.
“2020 -ci ilin 6 ayı ilə müqayisədə gəlir əsasən karbohidrogen qiymətlərinin artması və rublun devalvasiyası səbəbindən 53,8% artıb. Eyni zamanda, gəlir artımı neft hasilatının və emalının, eləcə də ticarətin azalması ilə məhdudlaşıb”, - hesabatda deyilir.
Lukoil-in vergi, faiz və amortizasiya öncəsi mənfəəti 2,2 dəfə artaraq 654,2 milyard rubl, sərbəst pul axını 3,4 dəfə artaraq 275,8 milyard rubl, kapital xərcləri isə 14,5% azalaraq 211,4 milyard rubl təşkil edib.
Şirkət, əməliyyat mənfəətinin artımasının - neft hasilatının azalması, neft üçün vergi güzəştlərinin aradan qaldırılması və xarici emal marjlarının azalması ilə məhdudlaşdığını da qeyd edib.
2021-ci ilin 6 ayı ərzində "West Qurna-2" layihəsi istisna olmaqla, şirkətin karbohidrogen hasilatı 2,109 milyon barel təşkil edib, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır. Neft və kondensat istehsalı 5% azalaraq gündəlik 1.593 milyon barrelə düşüb.
İstehsalın dinamikası OPEC + sazişinin məhdudiyyətlərilə əlaqədardır. Lukoil qeyd edib ki, bəzi beynəlxalq layihələr üzrə də neft hasilatı azaldılıb. (Marja)