Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.
FED.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.
“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.