Neft ixrac həcminin aşağı olmasına baxmayaraq, Azərbaycanın xam neft hasilatının 2024-cü ildə illik 4,3% artacağını proqnozlaşdırırıq.
Hesablama Palatası: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək
FED.az xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib. Qeyd edilib ki, hasilatın artması ixrac həcmini də dəstəkləyəcək.
FS hesab edir ki, 2025-ci ildə neft ixracının əsas iqtisadi artıma 2,5 faiz bəndi həcmində töhfə verəcək.
"Fitch Solutions” həmçinin əlavə edib ki, aşağı neft qiymətləri hökumətin istehlakını 2024-cü ildəki 4,5%-dən 2025-ci ildə 3,4%-ə qədər azaldacaq. (Apa)