"Equinor" şirkəti Azərbaycanda ofislərinin bağlanması barədə məlumatı şərh edib.
Eləcə də bax: "Equinor" Azərbaycandakı şirkətlərini - Bağlayır
FED.az xəbər verir ki, şirkətdən bildiriblər ki, ofislərin bağlanması "Equinor"un "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsindən çıxması ilə əlaqədardır. Şirkət layihədəki 15,5 faiz payını Malayziyanın "Petronas" şirkətinə satıb:
"Azərbaycan "Equinor"un ən iri və uzunmüddətli beynəlxalq tərəfdaşlarından biridir. Biz ölkədəki fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Hazırda SOCAR-dakı tərəfdaşlarımızla "Qarabağ" yatağının işlənməsi layihəsi üzrə investisiya qərarının qəbul olunması ilə bağlı iş gedir".
Şirkətdən onu da bildiriblər ki, "Equinor" pandemiya səbəbi ilə yaranan çətinliklərlə əlaqədar "Aypara" strukturunda qazma işlərini təxirə salıb:
"Qazma işlərinin müddəti barədə danışmaq hələ tezdir". (Marja)