Azərbaycan üçün unikal olan, 100 kVt gücündə "Böyükşor" üzən günəş elektrik stansiyası fəaliyyətə başlayıb.
Azərbaycanda əhali üçün yeni qazanc mənbəyi - Komitə sədri qanuni imkanları - AÇIQLADI
FED.az xəbər verir ki. "İspaniyanın "Gamma Solutions" şirkəti Asiya İnkişaf Bankının (AİB) qrantı hesabına Bakı yaxınlığındakı Böyükşor gölündə 100 kVt gücündə fotovoltaik sistemi inşa edib. Panellərin üç əsas bloku fotovoltaik daimi cərəyan generatorunun günəş enerjisini elektrik enerjisinə çevirmə effektindən istifadə etdiyi günəş batareyası prinsipi əsasında işləyir", - deyə mənbə aydınlıq gətirib.
Layihə AİB-in Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən "Üzən günəş enerjisi sistemlərinin inkişafı" regional təşəbbüsünə daxildir.
"Gamma Solutions" 20-yə yaxın ölkədə fəaliyyət göstərir və portfelinə dünya üzrə 50-dən çox bərpa olunan enerji layihəsi (fotovoltaik və külək elektrik stansiyaları) malikdir.
"Bu, Azərbaycanda ilk belə layihə olmaqla, 100 kVt dəyişən cərəyan gücünə malikdir ki, bunun 95 kilovattı birbaşa olaraq stansiyanın üzən hissəsinin (FPV), 5 kVt isə yerüstü hissəsinin payına düşür", - deyə mənbə qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycanın ümumi enerji balansında (o cümlədən hidroenergetikada) bərpa olunan enerji mənbələrinin payı 15% təşkil edir.
2030-cu ilə qədər Azərbaycan bərpa olunan enerji mənbələrinin ölkənin enerji tutumunda payını 30-33%-ə çatdırmağı planlaşdırır. (Trend)