Kassir
Son tarix 18 apr 2022
İş haqqında məlumat:
-
Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
-
Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
-
Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
Namizədə olan tələblər:
-
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-
Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
-
Riyazi bilik.
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Əmək haqqı 350 manat.
İnşaat mühəndisi (İş icraçısı)
Son tarix 18 apr 2022
Əmək funksiyaları:
-
Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
-
Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
-
Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
-
Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
-
Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
-
Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
-
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
-
Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
-
Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
-
Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
-
Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
-
Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
-
Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
-
6 günlük iş həftəsi;
-
Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)
Nəzarətçi
Son tarix 18 apr 2022
İş haqqında məlumat:
-
Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
-
Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
-
Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
-
Kassirlərin düzgün işləməsinə nəzarət edir;
-
Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
-
Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
-
Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
-
Mağazanın açılışında və bağlanmasında iştirak edir
Namizədə olan tələblər:
-
Dürüstlük, dəqiqlik və çeviklik;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
-
Hərbi mükəlləfiyyətli;
-
Yaş həddi: 20 – 35 yaş;
-
Komandada işləmək bacarığı;
-
Stressə davamlılıq;
-
Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Rəqabət yönümlü əmək haqqı;
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Karyera yüksəliş imkanı.
Satıcı
Son tarix 18 apr 2022
İş haqqında məlumat:
-
Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
-
Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
Namizədə olan tələblər:
-
Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
-
Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Əmək haqqı 320 manat;
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Karyera yüksəlişi imkanı.
Fəhlə
Son tarix 18 apr 2022
Namizədə olan tələblər:
-
Dürüstlük və məsuliyyətlilik;
-
Fiziki sağlamlıq.
İş haqqında məlumat:
-
Mağazaya gətirilən məsulların boşaldılması, daşınması və yerləşdirilməsi;
-
Mağaza rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
-
6 günlük növbəli iş qrafiki;
-
Şirkət hesabına nahar;
-
Əmək haqqı 300 manat;
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Karyera yüksəlişi imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid edərək müraciət edə bilər.