Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının bugünkü iclaslarında bütün məsələlər və çətinliklər müzakirə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantının yekunları ilə bağlı təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, SGC bu istiqamətdə olan missiyasını uğurla həyata keçirirb: “Bu gün Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir”.
Nazir bildirib ki, bu gün iclas çərçivəsində iki görüş keçirilib: "Bu görüşlərdən biri də Balkan ölkələrindən olan nümayəndələr Azərbaycan qazının bu bölgəyə qədər uzadılmasını xahiş etdilər və bununla bağlı istəklərini dilə gətirdilər. Bu istiqamətdə işləri növbəti dövr ərzində həyata keçirəcəyik".