"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri (Qalib Hüseynli və Araz Məmmədov) tutduqları vəzifələrdən azad ediliblər.
Eləcə də bax: Səfər Mehdiyevin daha bir kadrı - İŞDƏN ÇIXARILDI
FED.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.
Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib. (Report)