"Azəristiliktəchizat"ın balansında olmayan qazanxanalar və uçota düşməyən aktivlər aşkarlanıb.
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
FED.az xəbər verir ki, bu qənaətə Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq "Azəristiliktəchizat" ASC-də aparılan uyğunluq auditindən sonra gəlib.
Auditə əsasən, "Azəristiliktəchizat" ASC-nin balansında olan 244 qazanxananın yerləşdiyi obyektlərin quruma aid olmadığı müəyyən edilib.
Onların bir hissəsi konservasiya vəziyyətində, digərləri isə bitməmiş tikili kimi qalıb. Bu hal qurumun fəaliyyətində balans mənsubiyyətinin optimallaşdırılması məsələsini aktuallaşdırıb.
Bundan əlavə, dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakıda tikilmiş və yaxud modernləşdirilmiş qazanxanaların 1,6 milyon manat dəyərində aktivlərinin mühasibat uçotunda düzgün əks etdirilmədiyi aşkarlanıb.
Hesablama Palatasının Kollegiyası audit nəticələri əsasında 3,6 milyon manat məbləğində vəsaitin uçota bərpasını nəzərə alıb və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tədbir görülməsi barədə qərar qəbul edib.












