Cari ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91,3% təşkil edib.
Eləcə də bax: "Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu - AZALDIB
FED.az xəbər verir ki, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir:
- Əhali istehlakçıları - 3871 bina, 184,0 minə yaxın mənzil;
- Büdcədən maliyyələşən təşkilatlar - 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat;
- Təsərrüfat hesablı və kommersiya obyektləri - 2081 ədəd.
İ.Mirzəliyevin sözlərinə görə, hesabat dövründə əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8% təşkil edib.
Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. 1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur", - deyə İ.Mirzəliyev qeyd edib. (Apa)