"Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur.
Eləcə də bax: İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ
FED.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, lahiyə səhmdar cəmiyyətinin fəaliyyətinin müasirləşdirilməsini və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsidir. Bizdən istilik xidməti alan yaşayış binalarında sayğaçlaşdırma hələ ki, nəzərdə tutulmur. Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri əhatə edir. Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydalarıı istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırması aparmaq, istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla nağd vəsaitlərinə qənaət etməkdir. Layihə ilə bağlı müvafiq şirkətlərlə danışıqlar aparılır. Sayğaclaşdırma prosesinin növbəti mərhələləri barədə pilot layihənin nəticəsinə uyğun qərar veriləcək.
Azərbaycanda istilik mövsümü noyabrın 15-dən başlayır. 2022-2023-cü illər payız-qış mövsümündə Bakıda və regionlardakı 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3 879 yaşayış binası, 280 məktəbi, 160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi, 2 052 sosial - təsərrüfat obyektinin istiliklə təmin edilməsi nəzərdə tutulub. (Report)