"Azərişıq"ın “ASAN xidmət”lə İş Departamenti tərəfindən 2023-cü il üzrə ümumilikdə 323 601 müraciət qəbul olunub.
FED.az xəbər verir ki, bu barədə qurumun "ASAN xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
İnam Yusifov çıxışında bildirib ki, müraciətlərin 8 314 ədədi elektron qaydada, 315 287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub.
“Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7 985 müraciətdən 3 930 müraciət elektron şəkildə qəbul olunub ki, bu da ortalama 49% elektron müraciət deməkdir.
Ümumilikdə görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50%-dən çoxunu təşkil edir”, - deyə İnam Yusifov əlavə edib.