Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsinin nəticələrinə əsasən "Azərişıq" ASC 98,3% li göstərici ilə hüquqi şəxslər arasında 5 ulduzlu rekord nəticə əldə edərək birinci yeri tutub.
“Azərişığ”ın Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi - İSTİFADƏYƏ VERİLDİ
FED.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev qurumun 2023-ci ilin yekunlarına həsr olunmuş mətbuat kofransında deyib.
20 fevral 2024 cü il tarixində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə ASAN xidmətin, “Azərişıq” ASC-nin və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak edib.
Vaqif Mustafayev çıxışında bildirib ki, 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.
Bu xidmətlərdən 208 xidməti 23 mərkəzi icra hakimiyyəti orqanının , 170 xidməti 15 yerli icra hakimiyyəti orqanının və 60 xidməti 9 hüquqi şəxsin xidməti olub.