2023-cü ilin nəticələrinə görə "Azərişıq" ASC-nin elektrik enerjisi üzrə elektrik enerjisinin itkiləri səviyyəsi 8,6% təşkil edib.
FED.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun çıxışında vurğulayıb ki, bu göstəricinin azaldılması istiqamətində müvafiq işlər, layihələr həyata keçirilir.
“2022-ici ildə elektrik enerjisi itkiləri 8,7%, "Azərişıq" yarananda (2015-ci il) isə bu göstərici 10,2% səviyyəsində olub. Belə ki, 2015-2023-cü illər ərzində qeyd olunan göstərici 1,6 % bəndi azalıb. Növbəti illərdə itkilərin daha da azaldılması istiqamətində işlər davam etdiriləcək", - Araz Məmmədov qeyd edib.