Vətəndaşlar “Azərişıq” ASC-yə müraciəti 199 - Çağrı Mərkəzi ilə yanaşı "Azərişıq" ASC-nin rəsmi internet səhifəsində də onlayn formada həyata keçirə bilərlər.
FED.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
Araz Məmmədzadə qeyd edib ki, “Bizim 3 milyona yaxın abonentimiz var və 199 Çağrı Mərkəzinə zənglər zamanı sıxlıq yaşana bilər. 199 - Çağrı Mərkəzinə zənglərin sıxlığı nəticəsində yaranan uzun növbələri aradan qaldırmaq və müştəri məmnuniyyətini yaxşılaşdırmaq yaxın zamanda vətəndaş müraciətləri sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq”
199 Çağrı Mərkəzinə zənglərin sıxlığı nəticəsində yaranan uzun növbələri aradan qaldırmaq üçün abonentləri qurumun rəsmi səhifəsində yaradılmış SOS müraciət bölməsinə müraciət etmələri tövsiyə olunur.