“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.
SOCAR-ın iri şirkətinin idarə edilməsi Fərhan Əliyevə həvalə edildi – NAZİRLİKDƏN TRANSFER!
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək A.Məmmədov baş direktorun müavini vəzifəsində çalışıb.