"Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70%-dir".
Eləcə də bax: Hökumət “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcunu - Öz Üzərinə Götürüb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev keçirdiyi "Açıq qapı" aksiyasında deyib.
"Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80%-ə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Orada bir çoxları “Azəriqaz”a olan borclarını qeyd edirlər. Amma bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Bu səlahiyyət “Azəriqaz”a aid deyil", - deyə o, qeyd edib.