"Azəriqaz" İstehsalat Birliyi gələn il 110 yaşayış massivinin qazlaşdırılmasını nəzərdə tutub.
Eləcə də bax: “Azəriqaz” MTK-larda yaşayan sakinlərə - MÜRACİƏT EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə "Azəriqaz" 500 yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır.
R. Əliyev onu da qeyd edib ki, gələn il "Azəriqaz" xüsusi sim-kartlarla təmin edilmiş smart tipli sayğaclarının (mexaniki – red.) quraşdırılmasını həyata keçirəcək. Sim-kartlarla təmin edilmiş sayğaclar məlumatların uzaqdan oxunuşunu, qaz təminatının dayandırılmasını (borc yarandıqda – red.), əvvəlcədən ödəniş və digər funksiyalarını həyata keçirməyə imkan verəcək.
Baş direktor onu da əlavə edib ki, İB smart tipli sayğacların (radiodalğalar vasitəsi ilə kənardan oxuna bilən – red.) quraşdırılmasına ötən il yeni çoxmərtəbəli binalarda başlanılıb və 50-yə yaxın mənzil-kommunal təsərrüfatı əhatə edir.