Bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub.
FED.az xəbər verir ki, bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar (və ya 10,4%) artıb.
Ötən ay ən yüksək göstərici (fevralın – 24-ü) 106,22 dollar təşkil edib, ən minimal göstərici isə (fevralın – 2-si) 93,65 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 7,56 dollar və ya 8% artıb. (Apa)