Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan xam neft hasilatının həcmi 171,6 milyon barel təşkil ediləcək.
Eləcə də bax: Bu il ARDNF-yə ödəniləcək bonusların - Həcmi Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir: “Fond tərəfindən təqdim edilən məlumata əsasən, 2021-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcmi 171,6 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin proqnoz göstəricisinə nisbətən (174,6 milyon barel) 3 milyon barel azdır”.
Xatırladaq ki, 2020-ci ilin 9 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş mənfəət neftinin satışından 2 mlrd 894 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir. (Report)