Bu ilin yanvar-mart aylarında "Azərenerji" ASC 16,147 milyon ABŞ dolları dəyərində 406,249 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,5 % az və 8,4 % çoxdur.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,4 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,2 % paya malik olub.(report)