Azərbaycan Avropanın qaz bazarında Rusiya ilə rəqabətə girmək niyyətində deyil. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Eləcə də bax: Azərbaycan bu il Avropaya 30% çox qaz - SATACAQ
FED.az xəbər verir ki, “Avropanın qaz bazarında Rusiya ilə rəqabət etmək heç vaxt fikrimizdə belə olmayıb, çünki tədarük həcmləri müqayisəyə gəlmir”, - İ. Əiyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib.
(İnterfaks-Azərbaycan)