Azərbaycan Avropanın enerji bazarına qaz ixracını 40%-ə qədər artırıb. Buna görə, biz Azərbaycan tərəfinə öz təşəkkürümüzü bildiririk.
Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edəcək"
FED.az xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Platforması İşçi Qrupunun direktoru Kristina Lobillo Brerro "28-ci Bakı Enerji Forum"unda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir.
“Bu rəqəm bizim üçün çox önəmlidir. Həmçinin qiymətlər kontekstində vacibdir. Biz yaşıl enerjiyə keçid mərhələsində iştirak edirik. Bununla bağlı, hamımız öhdəlik götürmüşük. Yaşıl enerjiyə keçidlə bağlı aramızda çox gözəl tərəfdaşlıq mövcuddur. Biz bütün layihələri yüksək dəyərləndiririk. Hesab edirik Aİ üçün enerji təhlükəsizliyi iki mərhələdən ibarətdir. İlk növbədə qazın şaxələndirilməsi, eyni zamanda enerji keçid prosesinə sürətləndirilməsi. Bütün bunları biz sərbəst şəkildə edə bilmərik. Buna görə beynəlxalq tərəfdaşlarımız ilə güclü əməkdaşlığa ehtiyacımız var",- deyə Kristina Lobillo əlavə edib. (Apa)