Şimal bölgəsinə axşam saatlarından qar yağmaqda davam edir. Ən çox qar Quba rayonunun Qırız kəndinə yağıb. Kənddə qarın hündürlüyü 20 santimetrə çatır.
FED.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, fevralın 6-dan başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağıb.
Qusar şəhərində 3 santimer, Xızının Altıağac qəsəbəsində 9 santimer, Qubanın Xaltan kəndində isə 10 santimer qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək düşüb. Ən aşağı temperatur Quba Qırız kəndinə qeydə alınıb. (Azərtac)