Banner

Energetika

Qobu və Hökməliyə qaz çəkilir – “AZƏRİQAZ”DAN AÇIQLAMA

Qobu və Hökməliyə qaz çəkilir – “AZƏRİQAZ”DAN AÇIQLAMA | FED.az
12:56 11 İyun 2020

2020-ci il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.

Eləcə də bax: "Azəriqaz" smart-kart tipli sayğacların - ALIŞINI DAYANDIRIB

“Azəriqaz”dan FED.az-a verilən məlumata görə, Qobu qəsəbəsində yeni yaşayış massivində 1441 fərdi yaşayış evi qazlaşdırılacaq. Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır.

Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq. Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır.

“Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır”-deyə bildirilir.

Digər xəbərlər

Banner