İranın strateji təbii qaz və neft sahələrinin hava hücumları ilə hədəf alınması, qlobal təchizatın beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkəti dayanma nöqtəsinə gətirib.
Neftin qiyməti ayın sonuna qədər - 200 dollara yüksələ bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ilin əvvəlindən bəri təxminən 80% bahalaşan Brent neftinin qiyməti, bu gün 5% də bahalaşaraq 108 dollar səviyyəsinə yaxınlaşıb (saat 17:40-a olan qiymət).
Qlobal enerji bazarları, İranın Cənubi Pars qaz sahəsi və Asaluyeh neft obyektlərinə edilən hücum xəbəri ilə sarsılıb. İran dövlət televiziyası hücumları təsdiqləyb, Tehran, qonşu ölkələrin enerji infrastrukturunu da əhatə edə biləcək “şiddətli” cavab vəd edib.
Bu hadisə qlobal inflyasiya narahatlıqlarını gücləndirir, Brent neftinin daha da bahalaşmasına səbəb olurb.
Hörmüz boğazında gəmilərin hərəkəti təhlükəsizlik narahatlıqları və siyasi risklər səbəbindən demək olar ki, tamamilə dayanıb Qlobal neft və LNG ticarətinin təxminən 20%-i buradan keçir.
Enerji xərclərindəki artım, sənaye və logistika zəncirləri üzərindən inflyasiyaya təkan verir.
ABŞ-da dizel yanacağının qallon qiyməti 5 dolları keçib, bu da tədarük zənciri xərclərini artıraraq istehlakçı qiymətlərinə əlavə təzyiq göstərir.
Hörmüzdəki tıxacı aşmaq üçün region ölkələri alternativ yollar ilə nəqlə başlayır. İraq, İraq Kürdüstanı bölgəsindən Türkiyənin Ceyhan Limanına boru kəməri vasitəsilə daşımalara yenidən start verib. Lakin ekspertlər qeyd edir ki, bu kəmərin tutumu İraqın müharibədən əvvəlki istehsalının yalnız kiçik bir hissəsini əhatə edə bilir. (Marja)











