2025-ci ildə neft qiymətlərinə əsasən geosiyasi hadisələr və təklif-tələb dinamikası təsir göstərəcək. Goldman Sachs-ın proqnozuna görə, Brent markalı neftin qiyməti bir barel üçün 70-85 dollar arasında dəyişəcək və orta hesabla 76 dollar olacaq. OPEC+ və qeyri-OPEC ölkələrinin yüksək ehtiyat gücü qiymət artımını məhdudlaşdıra bilər, lakin sanksiyalar və ticarət siyasəti kimi geosiyasi amillər proqnozları dəyişə bilər.
Neft bahalaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, qeyri-OPEC ölkələrinin təklifi 2025-ci ildə gündəlik 1,7 milyon barel artacağı gözlənilir. Eyni zamanda, inkişaf edən bazarlarda enerji tələbi yüksələcək, lakin elektrik nəqliyyat vasitələrinin yayılması neft tələbinin artımını azaldacaq.
Geosiyasi ssenarilər, məsələn, İran neft ixracının azalması, Brent qiymətlərini artıraraq 80 dolları keçə bilər. Digər tərəfdən, tariflərin tətbiqi kimi siyasətlər qiymətləri 60 dollar səviyyəsinə qədər sala bilər.