Qırğızıstan və Çin arasında 1 milyard dollarlıq müqavilə imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Müqavilə Qırğızıstan Prezidenti Sadır Japarovun bu il 17-20 may tarixlərində Çin Xalq Respublikasına (ÇXR) baş tutan ilk dövlət səfəri çərçivəsində imzalanıb.
Qeyd olunub ki, Qırğızıstan və Çin arasında İssık-Kulda günəş elektrik stansiyasının (864 milyon dollar) və gübrə zavodunun (260 milyon dollar) tikintisinə dair müqavilələr imzalanıb. (Apa)