OPEC üzvü olmayan bir çox ölkə neft hasilatını azaltmağa razılıq verib.
"Fed.az" TASS agentliyinə istinadən verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Abdel Əziz əl-Faleh "Oil&Money" konfransında bildirib.
Onun sözlərinə görə, OPEC üzvü olmayan ölkələrin əksəriyyəti Əlcəzair razılaşmasına qatılmaq niyyətini bildirməklə yanaşı, nəinki hasilatı dondurmağa, hətta azaltmağa da razı olduqlarını vurğulayıb. Nazir açıqlamasında ölkələrin adlarını çəkməyib.
Əl-Faleh bilidirib ki, dünya neft sənayesində durğunluq artıq sona yaxınlaşıb: "Neft bazarı yenidən tarazlaşır. Neftə tələbat getdikcə artır".