Noyabrın 25-də “Qazprom” “Sibirin gücü” qaz kəməri ilə Çinə qaz tədarükü üzrə yeni rekorda imza atıb.
Moldova daha “Qazprom”dan - QAZ ALMAYACAQ
FED.az xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 25-də Çin tərəfinin Rusiya qazının “Sibirin Gücü” qaz kəməri ilə tədarükü ilə bağlı müraciəti yenidən gündəlik müqavilə öhdəliklərini aşıb. “Qazprom” tələb olunan bütün həcmləri çatdıraraq Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Tədarük “Qazprom” və “CNPC” arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
2022-ci ilin sonunda Rusiya “Sibirin Gücü” qaz kəməri ilə Çinə 15,5 milyard kubmetr qaz ixrac edib. Rusiya qazının 2023-cü ildə “Sibirin Gücü” ilə Çinə tədarükünün 22 milyard kubmetrə çatacağı gözlənilir. (Report)