Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz təchizatı ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Pakistana güzəştli şərtlərlə - LNG TƏDARÜK EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin yaydığı məlumatda bildirilir.
Müzakirələr Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu-2023 çərçivəsində “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və SOCAR prezidenti Rövşən Nəcəf arasında keçirilən işgüzar görüş zamanı aparılıb.
Görüşdə “Qazprom” və SOCAR arasında əməkdaşlığın, xüsusilə də qaz təchizatı sahəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib.
Tərəflər qazın nəqli sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, iyunun 14 işinə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2023 sabahadək davam edəcək. (Report)