Rusiyanın enerji şirkəti Qazprom, təbii qaz ixracının yanvar-oktyabr dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 42,6, hasilatın isə yüzdə 18,6 azaldığını açıqlayıb.
FED.az xəbər verir ki, Qazprom-dan verilən açıqlamaya görə, şirkətin ilin 10 ayında təbii qaz hasilatı əvvəlki ilin eyni dövrünə görə yüzdə 18,6 azalaraq 344 milyard kubmetr olub.
Sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz azalaraq 91,2 milyard kubmetr olub.
Açıqlamada “Sibirin Gücü” boru kəməri ilə Çinə qaz nəqlinin artmaqda davam etdiyi bildirilib və daşınmaların müqavilə öhdəliklərindən artıq həyata keçirildiyi qeyd edilib.
Açıqlamada bildirilib ki, Avropada yeraltı təbii qaz anbarlarında ən yüksək doluluq səviyyəsi qış dövrünün etibarlı şəkildə keçməsinə zəmanət vermir.
Açıqlamada ilin 10 ayında qlobal təbii qaz tələbatının 40 milyard kubmetrdən çox azaldığı, 40 milyard kubmetrlə qlobal tələbin azalmasında Avropa Birliyi və İngiltərənin 95 faiz paya sahib olduğu bildirilib.