Rusiyanın "Qazprom" şirkəti mayın 13-dən 19-dək profilaktik işlərlə əlaqədar "Mavi axın" boru kəməri ilə Türkiyəyə qaz tədarükünü dayandırmağı planlaşdırır.
Eləcə də bax: Neft-qaz şirkətlərinin itkiləri - 1 TRİLYON DOLLARA ÇATACAQ
FED.az xəbər verir ki, bu barədə "Qazprom" məlumat verir.
"Mayın 13-dən 19-dək "Qazprom" Rusiya ərazisində "Mavi axın" qaz boru kəmərində öncə müəyyənləşdirilmiş profilaktik işlərin aparılmasını planlaşdırır", - şirkətdən bildirilib.
"Mavi axın" Rusiya qazının üçüncü ölkələri keçərək Qara dəniz üzərindən Türkiyəyə çatdırmaq üçün nəzərdə tutulub. Qaz kəmərinin ümumi uzunluğu 1 213 km-dir. Layihə üzrə illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmər 30 dekabr 2002-ci il tarixində istismara verilib. "Mavi axın"la qazın tədarükü 2003-cü ilin fevralında başlayıb.
Apa